XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2020 - 23:59

Acarıstanın hökumət başçısı: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır"

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkələr arasında təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlıq fəal inkişaf edir”.

Bu barədə Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla keçirdiyi vida görüşündə bildirib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın önəmini qeyd ediblər.

T.Rijvadze azərbaycanlı səfirə ölkələr arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə təşəkkür edib. O, D.Həsənova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə də iştirak edib/Report.