XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 18:01

Ədalət Partiyasının sədr müavini VİP sədri ilə görüşdü –FOTO

Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü bu gün Vətəndaş və İnkişaf Prtiyasının sədri Əli Əliyevlə görüşüb.

Strateq.az xəbər verir ki, bu haqda E.Şükürlü özünün “Facebook” hesabında məlumat verib.

Sədr müavini bildirib ki, o, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun tövsiyəsi ilə, ölkədə siyasi barış və dialoq mühitinin yaradılmasına nail olunması istiqamətindəki təşəbbüsləri çərçivəsində bu görüşü keçirib.

E.Şükürlü Əli Əliyev haqda isə bunları qeyd edib: “Digər partiya sədrləriylə müqayisədə, Əli Əliyev Azərbaycan siyasətinin nisbətən gənc, ancaq kifayət qədər yetkin və təcrübəli, siyasi baxımdan hazırlıqlı yeni nəsil müxalif partiya rəhbərlərindən sayılır. İki dəfə prezidentliyə, 5 dəfə deputatlığa namizədliyini irəli sürsə də, hər dəfə bir bəhanə ilə kənarda saxlanan və məkrli siyasi oyunlarda iştiraka razılıq verməyən müxalif siyasətçilərimizdəndir. İnsani münasibətlərdə, eləcə də xalqın problemlərinin həllinə münasibətdə səmimi və dürüstdür. Üstəlik, uzun illərdir müəllim kimi həm də Tibb Universitetində pedaqoji fəaliyyətlə məşğuldur və ən çirkli mühitdə belə, öz təmiz adını həmişə qoruyub saxlaya bilib. Milli maraqlarımızın müdafiəsində güzəştsiz və prinsipial olduğundan, bugünkü görüşümzdə uzlaşa və anlaşa biləcəyimiz çox nöqtələrdə asanlıqla dil tapa, təmas qura bildik”.

E.Şkürlünün sözlərinə görə, Qarabağın azadlığı üçün siyasi qüvvələr arasında vahid milli mövqedən çıxış edilməsinin zəruriliyi, Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə hərbi ittifaqının qurulmasının vacibliyi haqda Ədalət Partiyasının mövqe və baxışları ilə VİP sədri Əli Əliyevin mövqe və baxışları üst-üstə düşüb.

“Partiyalarımız arasında bu təmasların intensivləşdirilməsi və gələcəkdə daha geniş tərkib və formatlarda davam etdirilməsi razılaşdırıldı”– deyə, E.Şükürlü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl E.Şükürlü Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərlə görüşmüşdü.