XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Sentyabr 2020 - 19:00

Mikayıl Cabbarov Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb –FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə videokonfrans formatında görüşü keçirilib.

Strateq.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyev Mərkəzinin Gənclər və İdman Nazirliyi ilə birlikdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramını 2019-cu ildən başlayaraq həyata keçirilməsinə başladığını, 2020-ci il üzrə proqramda iştirak etmək üçün 40 rayon və şəhərdən 350-dən artıq gəncin müraciət etdiyini bildirib.

Nazir müavini qeyd edib ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünya görüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.

Görüşdə İqtisadiyyat naziri Azərbaycanın inkişaf tarixində misilsiz rolu olan Heydər Əliyev irsinin öyrənilməsinin önəmini vurğulayıb, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb olunması, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü genişmiqyaslı işlərdən bəhs edib.

Sonda İqtisadiyyat naziri gəncləri maraqlandıran sualları cavablandırıb.