XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 13:53

Dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirildi

Milli Məclisdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi müzakirəyə çıxarılıb.

Bu haqda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, yeni dəyişikliyə əsasən dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirilir: “Mövcud variant 2 ildən 5 ilədək və 3 ildən 7 ilədək idi. Dəyişikliyə əsasən, bu müddətlər bir il daha artırılır. Təklif olunan dəyişikliklər Dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir”.

Qeyd edək ki, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi səsə qoyularaq qəbul edilib.