XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 12:29

İran səfirliyi Ermənistana silah daşınması xəbərlərinə münasibət bildirdi

iran sefirliyi.jpg

İranın Azərbaycandakı səfirliyi İran vasitəsilə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən daxil olan məlumatda qeyd edilir: “Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.

Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.