Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.
Strateq.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmana əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.
İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi. Onunla yanaşı, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibindən çıxarılıblar.
Yeni tərkibdə Samir Nuriyev (Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri), Gündüz Kərimov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi), Zahid Oruc (Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri), Fazil Mustafa (Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini), Sədaqət Vəliyeva (Milli Məclisin deputatı), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına liseyin direktoru) yer alıb.