XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2020 - 13:56

Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb? –XİN-dən açıqlama

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

“Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, – XİN rəsmisi əlavə edib/Report.