XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2020 - 13:14

Siyavuş Novruzov iclas keçirəcək- Sentyabrın 18-də

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.