XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Sentyabr 2020 - 14:27

Deputat YAP-da şöbə müdiri oldu –Siyavuş Novruzov daha bir vəzifədən çıxarıldı

Yeni Azərbaycan Partiyasının (YAP)  Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bu barədə “Report”a YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev bildirib ki, bu vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub: “O, vəzifəsini ictimai əsaslarla yerinə yetirəcək”.

Qeyd edək ki, A.Hüseynov Milli Məclisin deputatıdır.

Xatırladaq ki, YAP-ın Təşkilat şöbəsinin müdiri deputat Siyavuş Novruzov olub. Son təyinatdan belə aydın olur ki, o, partiyadakı daha bir vəzifəsi ilə vidalaşıb.

Strateq.az