XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 10:56

Deputatlar MM-də Tofiq Yaqubludan danışdı:"Məhkəmə cəmiyyəti razı salacaq qərar qəbul etməlidir”

“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.

O bildirib ki, deputat həmkarı Razi Nurullayevin Tofiq Yaqublu ilə bağlı fikrini bölüşür: “Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.

Xatırladaq ki, deputat Razi Nurullayev də Tofiq Yaqublunun azad olunmasının vacibliyini deyib.

O bildirib ki, bu gün Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid olunur:

“Əgər Tofiq Yaqublunun şəxsiyyəti əsasında yaranan məzəmmətlər ölkəmizə ziyan vurursa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”/Report.

Xatırladaq ki, T.Yaqublu həbsinə etiraz olaraq 15 gündür aclıq aksiyası keçirir.