XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 15:33

“Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz” –Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki, rəqibi Co Bayden prezident ola bilməz.

Birləşmiş Ştatların dövlət başçısı Şimali Karolinada tərəfdarları qarşısında çıxışında belə bir zarafat edib.

Ağ Ev rəhbəri demokrat rəqibinin siyasi proqramını sərt şəkildə tənqid edərək onun ölkəni uçuruma aparacağını söyləyib.

“Baydenin gündəliyi bizim iqtisadiyyatı dağıdacaq, ölkəni isə məhvə götürəcək”,-deyə Donald Tramp bildirib.

“Mən istəmirəm ki, insanların bizim prezidentə yazığı gəlsin. Bu oğlan bizə rəhbər ola bilməz. Deyirəm, bəlkə onun bu vəzifəsini tutmasını qadağan edən fərman da imzalayım… İnsanlar ona yazığı gəldikləri üçün səs verəcəklər”,-deyə ABŞ prezidenti sərt üslubunu davam etdirib.

Donald Trampın iddiasına görə, demokratların əsl məqsədi, əslində, yaşlı Baydenin yerinə solçu vitse-prezident Kamala Harrisi dövlət başçısı postuna gətirməkdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabr ayının 3-də keçiriləcək. Həmin gün ölkə prezidenti, vitse-prezident, Nümayəndələr palatasının bütün tərkibi, Senatın üçdə biri, 13 ştatın qubernatoru seçiləcək.

Musavat.com