XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 15:07

“Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur” –Nazir

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olub, bu cinayətin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moldovalı həmkarı ilə telefon danışığı zamanı deyib.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib.