XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 16:40

Deputat Müdafiə Nazirliyinə cavab verdi:"Əsir götürmək öldürməkdən daha humanist addımdır"

“Bilmirəm, açıqlamanı kim və kimin tapşırığı ilə verib. Yaxşı olardı ki, onlar müharibə qanunlarını öyrənsinlər. Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən. Paşinyanın arvadı əli avtomatlı, hərbi formada mənim ölkəmə işğalçı kimi gəlibsə, onu ya öldürməli, ya da əsir götürməliyik”.

Strateq.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş fikirləri ilə bağlı Müdafiə Nazirliyinin bugünkü açıqlamasına münasibət bildirərkən deyib.

Partiya sədri cavabında deyib: “Müdafiə Nazirliyinin açıqlama verən o xanımı və ya kişi cinsindən olan təmsilçisi, desin, görək, onlar müharibə başlayacağı təqdirdə nə edəcəklər? İkincisi, düşməni əsir götürmək öldürməkdən daha humanist addımdır. Həmçinin desinlər, görək, düşməni əsir götürməkdə mənəvi dəyərlərə zidd olan nədir? Yaxşı olardı, siyasi məsələlərlə məşğul olmaq əvəzinə, güclü ordu qurmaqla məşğul olsunlar”.