XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 10:19

Prezident Donald Tusku Bakıya dəvət etdi – Rəsmi

Azərbaycan Pezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Strateq.az AzerTac-a istinadən xəbər verir ki, məlumatda bu gün Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng etməsi bildirilib. Qeyd olunub ki, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib:

“Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar”.

Məlumatda o da bildirilir ki, Prezident İlham Əliyev Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib: “Dəvət məmnunluqla qarşılanıb”.

Strateq.az