XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 22:32

Pakistanlı deputat:"Ermənistanın etno-faşizmi regional stabilliyə təhlükə törədir"

Ermənistanın etno-faşizmi regional stabilliyə təhlükə törədir.

Bunu Trend-ə Pakistan senatının üzvü Ənvər-ül Haq Kakar deyib.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni terror təşkilatlarının, o cümlədən ASALA-nın mövcudluğunu şərh edən deputat bildirib ki, bu cür terror fəaliyyətini, eləcə də Ermənistanın dinc sakinlərə hücumunu qətiyyətlə pisləyir:

“Bu əməllər bəşəriyyətə qarşı cinayətdir. Ermənistan tərəfindən etno-faşizm və Ermənistandan terrorçu Qaregin Njdenin qəhrəman kimi qəbul olunması regional stabilliyə təhlükə törədir və insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Mən beynəlxalq ictimaiyyəti tezliklə bu əməllərin mahiyyətini tanımağa və bu cür tendensiyalara ehtiyatla yanaşmağa çağırıram, çünki bu əməllər təkcə yaxın qonşulara deyil, həm də Avropaya təsir göstərə bilər”.

O vurğulayıb ki, ədalətsizliyin hər bir forması ilə mübarizə aparmaq lazımdır, əks halda, bu, yeni normaya çevrilə bilər.