XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 12:14

MÜXALİFƏT PARTİYALARINDAN ALİ BAŞ KOMANDANA DƏSTƏK:"Düşmənə qarşı eyni səngərdə, eyni mövqedəyik"

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Strateq.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin başladığı bu əməliyyata artıq müxalifət partiyalarından da böyük dəstək nümayiş etdirilir. Onlar bəyanat verərək, başlanan Vətən savaşında Ali Baş Komandanın yanında olduqlarını bəyanat edirlər.

Artıq Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş Partiyası, həmçinin İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası əks-əməliyyat tədbirləri başa çatanadək, Ali Baş Komandanın yanında olduqları haqda mövqe bildiriblər.

Fazil Mustafanın yaydığı bəyanatda deyilir: “Böyük Quruluş Partiyası Ermənistan işğalçı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərarını tam dəstəkləyir və partiya struktrlarında təmsil olunan hər bir üzvümüzün Ali Baş Komandanın Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırıqlarını yerinə yetirməyə tam hazır olduğumuzu  bəyan edirik”.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə sosial şəbəkə hesabında təmsil etdiyi partiyanın mövqeyini belə açıqlayıb:

“Millətimizin birləşmək, düşmənlərimizə əzm, iradə, cəsarət, qətiyyət və ləyaqət göstərmək, qisasımızı almaq zamanı çatıb. Vətən savaşı başlanan vaxt hakimiyyətə müxalifətçilik etmək, cəmiyyətin və hakimiyyətin diqqətini bilərəkdən yanlış istiqamətlərə yönəltmək, vəziyyətdən sui-istifadə edib, içdə təfriqə salmaq, qarışıqlıq yaratmaq ən böyük xəyanətdir.

Ədalət Partiyası olaraq bəyan edirik ki, biz bu Vətən savaşı tam başa çatanadək, Ali Baş Komandanın əmri altındayıq, ölkənin içindəki-çölündəki bütün düşmənlərə qarşı onunla birgə, onunla eyni səngərdəyik”.