XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 12:26

Rusiya XİN-dən cəbhədəki gərgin vəziyyətlə bağlı bəyanat:"Atəşi dərhal dayandırmağa çağırırıq"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Strateq.az APA-ya istinadla bildirir ki, bəyanatda deyilir: “Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında  vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”, – deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.