XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 20:49

VƏTƏNDAŞ və İNKİŞAF PARTİYASI:"Hər kəsi Dövlətimizin və Silahlı Qüvvələrimizin yanında olmağa çağırırıq" - BƏYANAT

Bu gün səhər saatlarından etibarən, işğalçı Ermənistanın Azərbaycana qarşı həyata keçirməyə çalışdığı növbəti hərbi təxribat nəticəsində qoşunların təmas xəttində vəziyyət xeyli kəskinləşib.

Düşmənin hərbi təxribatını dəf edərək, əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda qətiyyətlə hərəkətə keçib. Azərbaycanın siyasi və hərbi rəhbərliyinin açıqlamalarına əsasən, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam etdirilir və düşmənə heç vaxt olmadığı qədər sarsıdıcı zərbələr endirilir. Daxil olan məlumatlara əsasən, artıq çox sayda yaşayış məntəqəsi erməni işğalından azad edilib.

Strateq.az VİP-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qəti savaşa başlayan Azərbaycan Silahlı Qüvvələri ilə tam həmrəy olduğunu və Azərbaycan ərazilərinin işğaldan azad olunmasına yönəlik bütün addımları qeyd-şərtsiz dəstəklədiyini bəyan edir. VİP ölkə üçün taleyüklü əhəmiyyət daşıyan bu həlledici dönəmdə hər kəsi Dövlətimizin və Silahlı Qüvvələrimizin yanında olmağa çağırır, müzəffər Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək kimi müqqəddəs missiyanı uğurla başa çatdıracağına inandığını bildirir.

Allah Dövlətimizə və Ordumuza yar olsun!