XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 17:33

Əfqanıstan XİN:Dağlıq Qarabağın işğalına son qoyulmalıdır

“Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında davam edən şiddətli toqquşmalar nəticəsində insan itkilərinə və dağıntılara görə təəssüfünü və narahatlığını bildirir”.

Bu barədə Əfqanıstan XİN-in bəyanatında bildirilib.

“Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir və beynəlxalq səviyyədə də belə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan hökuməti və xalqının, həmçinin dünyanın digər ölkələrinin bu məsələdə səylərini dəstəkləyir.

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədəki uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırır”, – XİN-in bəyanatında bildirilib. (report)