XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 11:54

Rusiyalı hərbi ekspert:“Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır”

“Gəlin mübahisə etməyək. Beynəlxalq hüquq və mövcud reallıqlar nöqteyi-nəzərindən Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır”.

Bunu rusiyalı tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” siyasi tok-şousunda çıxışında bildirib.

“Müharibə sonsuz davam edə bilər. Mövcud reallığı qəbul etmək lazımdır. Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayonu “Kazan formulu”na görə Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Azərbaycan isə bunun qarşılığında iqtisadi-ticarət əlaqələrini bərpa edirdi. Dağlıq Qarabağın statusu isə daha sonraya saxlanılırdı. Bu sülhün real formuludur”, – deyə İ. Korotçenko vurğulayıb.

O, münaqişənin ədalətli həlli olmadan sülhün olmasının mümkünsüzlüyünü qeyd edib: “Başa düşmək lazımdır ki, heç bir atəşkəs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmadan hökm sürməyəcək”/APA.