XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2020 - 19:03

RƏSUL QULİYEV PREZİDENTİN MÖVQEYİNİ DƏSTƏKLƏDİ:"Məsələləri kifayət qədər ətraflı izah etdi"

“Torpaqlarımızı işğalçılardan təmizləmək üçün aparılan anti-işğal, anti-terror əməliyyatı başlanandan bu günə qədər dünyanın hər bir yerindən verilən reaksiyaları, o cümlədən Ermənistanın saxta xəbər və yalanlarını izləyirəm”

Strateq.az Musavat.com-a istinadla xəbər verir ki, bu fikri ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı Rusiya Federasiyasının televiziyaları son vaxtlar kifayət qədər aktivləşib: “Azərbaycan Prezidentinin Rusiyanın “Rossiya-1” kanalına verdiyi müsahibədə müharibə zonasında Türkiyənin rolu, başqa ölkələrdən pulla gətirilmiş əsgərlərin olub-olmaması, Ermənistan baş nazirinin yalanlarının hansı məqsədlərə xidmət etməsi və digər bu kimi məsələlər, kifayət qədər ətraflı izah edildi. Bu müsahibə ilə erməni yalanları mükəmməl şəkildə ifşa olundu. Ona görə də qeyd etdiyim məsələnin üzərində dayanmıram…

Dünən Rusiya Federasiyasının “Dojd TV” kanalı Paşinyandan müsahibə götürürdü. Mən bu müsahibəyə qismən baxdım. Həmin  verilişdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bəzi suallara cavab verdi. Onun cavabları da kifayət qədər səlis idi. Paşinyanın dünya mediası önünudə əsassız arqumentləri, ağılsız cavabları isterik duruma düşmüş bir insan obrazından xəbər verir. Fikrimcə, o, reallıqdan uzaqlaşıb və real həyatda yaşamır. O, özü üçün uydurduğu miflə, yalanlarla yaşayır”.

Rəsul Quliyevin fikrincə, Paşinyanın intervüdə verdiyi cavablar onun real həyatdan necə uzaqlaşdığının açıq göstəricisidir: “Bu adam hələ də Qarabağda nə baş verdiyini anlamır. Bu adam Dağlıq Qarabağı “müstəqil dövlət” kimi qəbul edib, onunla saziş imzalamaqdan danışaraq, özünü bütün dünyanın gülüş mənbəyinə çevirməyə davam edir. Türkiyəni müharibənin iştirakçısı kimi göstərməklə Avropa ölkələrini, BMT-ni Ermənistana köməyə çağırır, baş verənləri həyasızlıqla Türkiyənin Ermənistanı işğal etməsi kimi təqdim etməyə cəhd edirlər. Xüsusilə Rusiyanı münaqişəyə cəlb etməklə, Azərbaycanın döyüşləri davam etdirməsinin qarşısını almağa çalışırlar. Bu adam hələ də NATO və Rusiyanın güclü kəşfiyyat idarələrinin olmasını və türklərin Azərbaycanın böyük vətən müharibəsində iştirak etmədiyini onların da bildiklərini anlamır və bu saxta versiyasını utanmadan təkrar edir. İsterik duruma düşmüş Paşinyan anlamır ki, Azərbaycan ordusu öz torpaqlarındadır. Müdafiə Nazirliyi müəyyən qoşun hissələrini Qarabağın istənilən rayonlarında dislokasiya etmək hüququna malikdir və belə bir əmri hər an verməsi Azərbaycanın müstəsna hüququdur. Paşinyan dərk etmir ki, aqressor bu qoşunları öz torpaqlarına silah yolu ilə buraxmayanlardır”.

Daha sonra R.Quliyev deyib: “Buradan Ermənistanın isterik durumda olan baş naziri Paşinyana səslənirəm: Sizin əsgər Azərbaycan torpağında nə gəzir ki, ölsün? Dünya tərəfindən tanınan, suveren dövlətin ərazisində sənin əsgərin nə edir?”