XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2020 - 12:06

Vitse-spikerdən Makrona sərt etiraz:“Fransa mənəvi və siyasi haqqını itirib, həmsədrlikdən geri çəkilməlidir"

“Bizim “ideoloqlar” elə fikir yaratmışdı ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin vitse-spikeri Fəzail İbrahimli deyib. O bildirib ki, Azərbaycan 30 ildir Minsk Qrupunun bizə etdiyi məsləhəti yerinə yetirir: ”Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq”.

F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk Qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”/APA.