XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 19:03

PA-nın şöbə müdiri ilə Müsavat başqanı görüşdü:"Bəzi zəruri məsələlərdən danışdıq”

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə Arif Hacılı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirib ki, görüşdə əvvəlcədən razılaşdırıldığı kimi, Qarabağ məsələsi ilə bağlı müzakirələr olub: “Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.