XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 20:26

Rusiya XİN:"Qarabağ münaqişəsi beynəlxalq hüquq əsasında həll olunmalıdır"

Rusiya Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin həllini istəyir. Trend-in məlumatına görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

"Biz digər həmsədrləri ilə bərabər deyil, Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər bu çox mürəkkəb vəziyyətin həllini istəyirik", – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva istəyir ki, bu məsələ gündəmdən çıxsın və münaqişə beynəlxalq hüquq əsasında həll olunsun.