XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 19:19

Prezidentin köməkçisi:“Danışıqlar prosesini pozan Ermənistandır”

“Azərbaycan həmişə danışıqlar prosesində iştirak edir. Danışıqlar prosesini pozan Ermənistandır. Ona görə bu müraciətlər ilk növbədə Ermənistana olmalıdır” .

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, danışıqlar naminə danışıqlar da artıq hər kəsi taqətdən salıb: “Danışıqlar prosesindən konkret nəticə gözlənilir. Ona görə də proses ilk növbədə nəticəyönümlü olmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistanın silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın, BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan konstruktivliyini, danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə edib. Hesab edirik ki, indiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistana daha böyük siyasi-diplomatik təzyiq göstərməlidir ki, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə də Prezident İlham Əliyev beynəlxalq media kanallarına verdiyi müsahibədə ətraflı məlumat verib”.