XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 22:55

Azərbaycanın İtaliyadakı səfiri erməni parlamentarinin cavabını verib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Radio Sparlamento” radiosunun “RISIKO” verilişinin Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinə həsr olunmuş 30 sentyabr tarixli buraxılışında iştirak edib. Verilişdə, habelə italyan jurnalistlər Antonio Albanese və Qraziella Cianqiulio, eləcə də Ermənistan parlamentində İtaliya ilə dostluq qrupunun sədri Maria Karapetyan da iştirak edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, erməni deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırda baş verən hərbi əməliyyatlara dair cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan diplomatı münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər, münaqişənin sülh yolu ilə həlli istiqamətində ölkəmizin hər zaman göstərdiyi konstruktiv yanaşma, lakin Ermənistan tərəfindən danışıqların uzadılması və status kvonun saxlanılması cəhdləri, xüsusilə də son aylarda Ermənistanın davamlı təxribatçı addımları barədə ətraflı məlumat verib.

Diplomat 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni hərbi təcavüz cəhdləri və bunun qarşısını almaq istiqamətində Azərbaycan silahlı qüvvələrinin gördüyü cavab tədbirləri, hərb meydanında məğlub olmaqda olan erməni tərəfinin yeni təxribatlara əl atdığı və ölkəmizə qarşı yeni dezinformasiya kampaniyasına başladığını deyib və erməni tərəfinin yaydığı yalanları müvafiq arqumentlərlə ifşa edib.

Diplomat, eləcə də jurnalistlərin hərbi əməliyyatlar, münaqişənin həlli və aidiyyəti mövzuda digər suallarını cavablandırıb.