XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 12:42

“Bild” nəşrinin redaktoru:“Gəncəyə hücum edənlər total müharibənin əsasını qoydu”

“Gəncəyə ağır raket hücumu baş verib. Bu hücumu kim edibsə, iki tərəf arasında total müharibənin əsasını qoyub”.

Bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke “Twitter”də yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə raket atılıb.

Xatırladaq ki, Y.Röpke münaqişələr üzrə ekspertdir/Report.