XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 18:53

Amerikalı ekspert:“PKK-nın 100-ə yaxın üzvü Dağlıq Qarabağda Ermənistan tərəfdən döyüşür”

PKK terror təşkilatının 100-ə yaxın üzvü Dağlıq Qarabağda Ermənistan tərəfdən döyüşür.

Bu barədə ABŞ-ın “The Heritage” Fondunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Lyuk Koffi bildirib.

“Dağlıq Qarabağda müharibədə əcnəbi döyüşçülərlə bağlı bir çox ittihamlar və xəbərlər var. Hər iki tərəf bunu rədd edir. Bir az bundan əvvəl, çox sanballı bir mənbədən 100-ə yaxın PKK döyüşçüsünün Xankəndində müharibədə olduğu xəbərini aldım. Əcnəbi döyüşçülərin səhnədə olması pis xəbərdir”, – deyə amerikalı ekspert vurğulayıb/APA.