XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 12:18

Madagiz kəndi bundan sonra Suqovuşan adlandırılacaq –Deputatlar qərar verdi

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi bundan sonra “Suqovuşan” adlandırılacaq.

Belə ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.