XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 14:32

“Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə ağır zərbələr vurub” –Ceyhun Bayramov

“1994-cü ildə atəşkəs razılaşması əldə olunduqdan 2018-ci ilə kimi biz danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdiksə, 2018-ci ildən sonra danışıqlar prosesində fərqli gündəm yarandı”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bayramov bildirib ki, 2018-ci ildən etibarən Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə olduqca ağır zərbələr vurub: “2020-ci ilin iyul ayından başlayaraq Ermənistanın Azərbaycan vətəndaşlarına hərbi təcavüzlərinin şahidi oluruq. Bundan əvvəl Ermənistanın törətdiyi bir çox təxribatlar zamanı qardaş Türkiyənin bütün səviyyələrdə tam və hərtərəfli dəstəyini gördük və hiss etdik. Azərbaycan dövləti adından Türkiyəyə minnətdarlığımı bildirmək istərdim”/APA.