XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 22:47

Pakistan XİN:"Qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcəyik"

“Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət  inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.

Bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb.

“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək”, – Pakistan XİN bildirib/APA.