XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 12:43

75 QHT rəhbəri Tramp, Putin və Makrona müraciət etdi –Ermənistanın dövlət terroru ilə bağlı

Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı Rusiya prezidenti Valdimir Putinə, ABŞ prezidenti Donald Trampa, Fransa prezidenti Emanuel Makrona, eləcə də həmin ölkələrin ictimaiyyətinə müraciət edib.

Strateq.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Prezidentlər,

Biz, Azərbaycanda uşaq və qadınların hüquqlarını müdafiə edən QHT-lər olaraq Sizə müraciət edirik.

Məlum olduğu kimi, 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mansakyan arasında üç tərəfli görüş keçirilib.

Təxminən 11 saat  davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub: 

1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyüş və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən  80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 7-dən çox mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırım aktıdır.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə  qarşı açiq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Digər tərəfdən  Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələri kimi sizin mövqeyinizi və çağırışınızı heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, aşağıda imza edən uşaq və qadın hüquqlarının müdafıəsi ilə məşğul olan QHT-lər sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti instututlarına müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz münaqişənin həllinə məsul olan ölkələr Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz.  Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq öhdəliklərə və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcəkdir.

Ümid edirik ki, ABŞ, Rusiya və Fransa ictimaiyəti də Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və ölkə rəhbərlərindən Ermənistanın cəzalandırılmasını tələb edəcəklər”.

İmza:

1. “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi, Baxşəliyeva Xoşqədəm Hidayət,
2. “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” ictimai birliyi, Məmmədova Aynur Tofiq
3. “Aran” uşaqların sağlam gələcəyi ictimiyi birliyi, Hüseynov İbrahim Qüdrət oğlu
4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət Umud qızı
5. “İntellekt” uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad Soltan
6. “Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər Mürtəza
7. “Azərbaycan Uşaqları” İctimai Birliyi, Kəmalə Ağazadə
8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən Nəhməd qızı
9. “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək” ictimai birliyi, Əhməd Təranə Ağabala
10. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasi ictimai birliyi, Hüseynov Rəşad Fərəməz oğlu
11. “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq Əhmədağa
12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar Yaşar qızı
13. Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı
14. Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şüküfə Rəşid qızı
15. “İnam və Ümid” əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman Bəndər
16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif Vaqif
17. “Aytam” uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün Kamil qızı
18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam Akif oğlu
19. “Etimad-uşaq və gənclərə psixoloji dayaq” ictimai birliyi, Bəşirova Şəlalə Nizami
20. “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq Nəcəf
21. “Sahibsiz Uşaqlara Kömək” ictimai birliyi, Abbasova Məlahət Turab
22. “Ana və uşaq sağlamlıq mərkəzi” ictimai birliyi, Məmmədova Fəridə Xanış
23. “Gülüstan” Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz
24. “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi, Abdulov Fərhad Oktay
25. “Ədalət və İnkişaf Naminə” uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə Süleyman
26. “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” ictimai birliyi, Hüseynova Mehriban Nəriman
27. “Uşaq və tələbə gənclər dünyası” ictimai birliyi, Cəfərov Tural Fariz
28. “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyi, Zaur Seyidzadə Mirtağı oğlu
29. “Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası” ictimai birliyi, Bəkirov Yusif Seyfəddin
30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam Musarza
31. “Mənəvi Dayaq” Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov
32. “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyi, İsayeva Lamiyə Ədalət
33. “Kiçik dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar Nazim qızı
34. Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil İsa
35. “Dünya” Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım Yunus
36. “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb Vaqif
37. “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” ictimai birliyi, Kərimova Cəmilə İlham
38. “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi, Cəfərova Aygün Əzizağa qızı
39. “Qadın və Uşaq Sosial Təminatı” Ictimai Birliyi, Dadaşova Firuzə Oktay qızı
40. “Buta” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay Fəzail qızı
41. El Qayğısı” Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur Famil
42. “Uşaqların Gələcəyi Naminə” ictimai birliyi, Quliyeva Könül Fəhrad
43. “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” ictimai birliyi, Zülfüqarova Aynur Vaqif”
44. Miqrant uşaqlara dəstək” ictimai birliyi, Məmmədova Fatma Abbas
45. “Azərbaycan Kənd Qadınları Assosiasiyası” ictimai birliyi Qənbərova Gülbəniz Rəşid
46. “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai BirliyiMuxtarova Nərgiz Abutalıb
47. “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ictimai birliyiBabayeva Səkinə Rəşid
48. “Lider Qadınlar” İctimai BirliyiYaqubova Arzu Fazil qızı
49. Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai BirliyiMayisə Məmmədova Vaqif
50. “Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyiMirzəyeva Tamella Mayis
51. Şəmkir Qadın Resurs Mərkəzi” ictimai birliyiHəsənova Arzu Məhəmməd
52. Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar AlyansıNiyazi Mehdi Musa
53. “Qadın Konsensus Mərkəzi” ictimai birliyiQuliyeva Aynur Cama
54. Gənc hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda ictimai birliyiŞəfa Camalzadə
55. “Qadınlar Arasında Həmrəylik” ictimai birliyiHüseynova Ruhəngiz Bəşir
56. “Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyiƏzizova Natəvan Sahibəli
57. “Vəfa” Ziyalı Qadınlar ictimai birliyiCavadova Əsmayə İsməli
58. “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyiBabayeva Şəhla Akif
59. “İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyiNəbiyeva Ziba Vasif
60. “Qadın Haqları və Gender Bərabərliyi” ictimai birliyiƏhmədova Ayişə Xaqani
61. Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai BirliyiXəzanə Orucova
62. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai BirliyiXəlilova Lyudmila Qoca qızı
63. “Mirzə Ələkbər Sabir” fondunSevda Tahirli
64. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyiGülayə Səfərova
65. “Əsgər Ailələrinə Dəstək” ictimai birliyi Mətanət Cəfərova
66. “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyi  Vüsalə Hüseynli
67. “XXI Əsrin Qadınları” ictimai birliyi Mahirə Əmirhüseynova
68. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği ictimai birliyiRoza Əliqızı
69. Erməni Təcavüzünün Tanıdılması ictimai birliyiSəriyyə Cəfərova
70. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi Büllur Məmmədova
71. Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyi Radə Abbas
72. “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xatirə Vəliyeva
73. “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyi Mehriban Zeynalova
74. “Xan Şuşinski” Fondu Bəyimxanım Verdiyeva