XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 15:25

Birinci vitse-prezidentin köməkçisi:"Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır"

“Bu humanitar atəşkəsin ömrü ondan asılıdır ki, hansı dərəcədə erməni tərəfi öz öhdəliklərinə sadiqdir. Əgər onlar öhdəlikləri bundan sonra da pozmağa davam etsələr, Azərbaycan beynəlxalq hüququ çərçivəsində hərəkət edəcək”.

Bunu Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov söyləyib.

“Biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər bütün beynəlxalq ictimaiyyət deyir ki, sülhə də şans verək, biz bu şansı vermişik. Sadəcə, Prezidentin dediyi kimi, bu, Ermənistanın sonuncu şansıdır. Ancaq görünən odur ki, onlar bu şansdan bəhrələnmək fikrində deyillər. Biz həmsədr ölkələrdən reaksiya gözləyirik. Bu, yalnız pislənməməlidir, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır ki, onlar öz çirkli əməllərindən vaz keçsinlər”, – o, vurğulayıb/Report.