XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 13:35

Qətər səfiri:"Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik"

“Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Bunu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır: “Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq”/Report.