XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 00:08

Pakistan səfiri:"Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində mülki əhalini hədəf almasından narahatlığını ifadə edib.

Bu barədə Pakistan səfiri “Twitter”də bildirib.

“Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki insanların hədəfə alınması son dərəcə narahatedicidir. Pakistan Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq humanitar hüququ pozan Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”, – deyə diplomat qeyd edib/APA.