XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 07:20

Spiker Oqtay Əsədov yanan binadakı seçiciləri ilə niyə maraqlanmadı? – Keçmiş namizəddən kəskin ittiham

Binəqədi rayonunda 19 mayda yanan Azadlıq prospekti 200 ünvanda yerləşən çoxmərtəbəli binada baş verən faciəli yanğın hadisəsi diqqəti məmurlara yönəldib.

Strateq.az xəbər verir ki, yanğından 4 gün ötsə də, hələ də Milli Məclisin sədri Oqtay Əsədovun hadisə yerinə baş çəkməməsi və sakinlərlə görüşməməsi maraqlıdır. Halbuki, hadisə onun seçildiyi 8 saylı Binəqədi Dairə Seçki Komissiyasının ərazisində baş verib.

Bu və ya digər məsələlərlə bağlı ötən seçkidə Binəqədidən parlamentə namizəd olmuş AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Strateq.az-a açıqlama verib:

eli-orucov-yenni.jpg

Bu seçki dairəsindən son parlament seçkilərində hazırda Milli Məclisin sədri olan Oqtay Əsədova deputat mandatı verilib. Amma faciədən artıq 4 gün ötməsinə baxmayaraq, cənab Oqtay Əsədov bir dəfə də seçicilərinin yanında olmayıb, onlarla görüşüb, dərdlərinə, hüznlərinə şərik çıxmayıb. Bu, çox böyük sayğısızlıqdır. Hardadır Oqtay Əsədov? Niyə görünmür? Binəqədi royundan mandat alan 4 deputatdan heç biri bu ağır gündə xalqın yanında olmadı. Nə Madər Musayev (10 saylı DSK ), nə Rəafel Cəbrayılov (9 saylı DSK), nə də Mixail Zabelin (12 saylı DSK) hadisə yerində görünmədi. Bu, bir daha göstərir ki, onların heç birinə bu xalq mandat verməyib və millətin vəkilləri deyillər!”.

Strateq.az