XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 18:22

Ayətullah Məkarem Şirazinin Qarabağ hadisələri ilə bağlı müraciəti:"BÖLGƏNİN AZAD EDİLMƏSİNİ VƏ QAYTARILMASINI ZƏRURİ HESAB EDİRİK"

Naser Məkarem Şirazi

18.10.2020-ci il  

Allahın adı ilə

Son günlərdə Qarabağ bölgəsi ilə bağlı narahatlıq doğuran xəbərlər yenidən diqqəti və qəlbləri islam dünyasının bu parçasına yönəltdi. Bu bölgənin əvvəlki illərdə zalımcasına işğalından sonra, yenidən bu bölgədə müharibə atəşi alovlandı və o diyarın məzlum müsəlmanlarının qanı yerə töküldü. Bəziləri də öz ev-eşiklərindən didərgin düşdü, bu işin məsuliyyəti onun əvvəlki səbəbkarlarının, yəni işğalçıların üzərindədir.

Bütün müsəlmanlara, Fələstinin və digər islam torpaqlarının işğaldan azad olunmasının dəstəkləndiyi kimi Qarabağ bölgəsinin də azadlığının dəstəklənməsi vacibdir və biz də bu dəstəyə təkid edirik. Eləcə də hər bir vasitəçiliyin, müzakirə və qəbul olunan qərarların bu bölgənin azad edilməsi, həmçinin onun islam dünyasına qayıtması ilə nəticələnməsini zəruri hesab edirik.

Eləcə də, Azərbaycan Respublikasının hörmətli Hökuməti Quranın təlimlərində buyurulduğu kimi – “zülm edən şəxslərə yaxınlaşmayın” əmrinə əsasən hərəkət etməli və özləri işğalçı və qəsbkar olan, yaxud da müsəlmanların qanını caiz hesab edən, islam ölkələrində fitnəkarlıq edən və öz mənafelərini güdən kəslərdən köməklik istəmək əvəzinə özünün həqiqi dostlarının köməkliyi ilə Azərbaycan xalqının haqqını tələb etməlidir.

Müqəddəs kitabların və bütün ilahi peyğəmbərlərin, xüsusilə də həzrəti İsanın təlimləri zülmdən uzaq olmaq və məzlumlara kömək etmək idi. Buna görə də bütün xristianlar Ermənistan dövlətinə öz vəzifələrini yerinə yetirmək üçün tövsiyə verməklə bu səmavi dinin davamçılarının ətəklərini zülm və işğalçılıqdan təmizləyərək, dünyadakı möminlərin və dindarların qəlblərini biri-birinə daha yaxınlaşdırsınlar. Allahın buyurduğu kimi – “Zülm edən kəslər yaxın günlərdə etdiklərinin nəticəsinin nə olduğunu dərk edəcəklər”, zülm və qəddarlığın aqibətindən nəticə çıxarın.

Sizə salam olsun və Allahın rəhməti və bərəkəti sizə nəsib olsun.

Tərcümə Strateq.az-ındır