XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Oktyabr 2020 - 20:53

Sahibə Qafarova:"Əminəm ki, torpaqlarımız ən qısa müddətdə işğaldan tam azad ediləcək"

Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib. 

Parlamentin sədri paylaşımında qeyd edib ki, gözəl diyarımız Zəngilan işğaldan azad olunub: “Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!”/APA