XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2016 - 13:52

Keçmiş icra başçısının villası əlindən alındı- Muzey oldu

Prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villası əlindən alınıb.

Salyanın mərkəzində inşa edilən villa bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib(ölkə.az).