XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 14:40

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:"PAŞİNYAN MƏĞLUBİYYƏTİNİ ERMƏNİ CƏMİYYƏTİNİN ÜZƏRİNƏ YIXMAĞA ÇALIŞIR"

“Nikol Paşinyanın  döyüş əzmi qırılan və qorxu hissinin idarə etdiyi erməniləri hamılıqla savaşa səsləməsi Ermənistan cəmiyyətini təslimçi sülhə hazırlamağa və cəbhədəki məğlubiyyətin məsuliyyətini də artıq vuruşmaq istəməyən erməni xalqının üzərinə yıxmağa hesablanıb”.

Strateq.az xəbər verir ki, bu fikirləri Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü Ermənistan Baş naziri Nikol Paşinyanın “Bu münaqişənin diplomatik həlli yoxdur, erməni xalqı silahlanmalı, savaşmalıdır” bəyanatına münasibət bildirərəkən deyib.

E.Şükürlü bildirib: “Bütün məğlubiyyətlərin kökündə qorxu, vahimə və ümidsizlik yatır! Düşmənin canına qorxu və vahiməni sala bildinsə, ümidsizliyə düçar etdinsə, qələbə artıq sənindir! Əgər düşmən döyüş meydanında 10 min nəfərə yaxın hərbçisinin cəsədlərini, eləcə də hərbi texnika və silah-sursatlarını, döyüş bayraqlarını rüsvayçı şəkildə tullayıb qaçırsa, könüllü əsir düşürsə, deməli, Azərbaycan Ordusu nəinki erməni ordusunun, bütün Ermənistan cəmiyyətinin canına bu qorxunu salmağa və ümidsizlik yaratmağa nail olub artıq. Bunu hamıdan yaxşı bilən Nikol Paşinyanın belə bir durumda Rusiya ilə strateji müttəfiqlikdən danışması və “Bu münaqişənin diplomatik həlli yoxdur, erməni xalqı silahlanmalı, savaşmalıdır” çağırışını səsləndirməsi, əslində, Ermənistan cəmiyyətini təslimçi sülhə hazırlamağa və cəbhədəki məğlubiyyətin məsuliyyətini də xalqın üzərinə yıxmağa hesablanıb”.

E.Şükürlünün fikrincə, Paşinyan aşkar görür ki, ermənilərin döyüş əzmi sınıb və çoxsaylı itkilər hərbi müstəvidə tam kapitulyasiya ilə, deməli, həm də onun hakimiyyətdən devrilməsiylə yekunlaşacaq: “Odur ki, indi döyüş əzmi qırılan və qorxu hissinin idarə etdiyi Ermənistan cəmiyyətini Rusiyanın dəstək verəcəyinə ümidləndirməklə, həm də iki seçim qarşısında qoyur: ya savaşmalısan, ya da Qarabağın itirilməsiylə barışmalısan! Dünən Rusiyanın dəstəklədiyi “Qarabağ klanı”nın əsas liderləriylə təcili keçirilən görüş və sabiq prezident Serj Sarkisyanın da xarici mətbuata müsahibəsində vəziyyətin bu həddə gəlib çatmasının əsas təqsirkarı kimi Paşinyanı göstərməsi də mənzərəni tam aydınlaşdırır. Ermənistan addım-addım hərbi çevrilişə yaxınlaşır!”