XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2020 - 22:15

Eldar Sabiroğlu yazır:"Ermənistanda tezliklə klanlararası savaş başlayacaq"

Eldar SABİROĞLU

Sabiq deputat, ehtiyatda olan polkovnik

Paşinyan ağlını itirib. Buna artıq söz ola bilməz. Sərsəm, şüursuz hərəkətləri və olmayan idarəetmə qabiliyyəti göstərir ki, hakimiyyətdən tezliklə öz xoşu ilə uzaqlaşmazsa, xalqını daha bəlalı günlərə salacaq.

Erməni ordusunun savaş aparmağa gücü, demək olar ki, qalmayıb. Çıxış yolu kimi, təklif etdiyi altı bəndlik yeni və uğursuz səfərbərlik qərarı ilə onsuz da çarəsiz vəziyyətə düşdüyünü bir daha təsdiqləyən bu faşistin mülki əhalinin dəstələr şəklində qruplaşaraq müharibəni davam etdirmək çağırışına diqqət yetirin!

Ümidlərinin tamamilə puça çıxdığını hiss edən bu paranoikin ölkə rəhbərliyində qalması nəinki öz xalqına və Cənubi Qafqaz regionuna təhlükədir, ümumiyyətlə, bütün dünya üçün əngəldir. Ona görə də, nə qədər gec deyil, o, layiq olduğu cəzaya məhkum edilməlidir!

Bu gün qəbul etdiyi qərarı bir gün sonra ya dəyişir, ya da ona elə əlavələr edir ki, sadəcə təəccüblənməyə bilmirsən: görəsən, onda iynənin ucu qədər ağıl var, ya yox?!

Düşmən əsgəri silahı yerə qoyaraq döyüşdən imtina edir. Belə vəziyyətdə başı xarab baş nazir mülki əhalinin silahlanaraq müharibə aparmasından başqa digər variantın qalmadığını həyasızcasına millətinin şüuruna yeridir.

Azərbaycanın iradəsi hamıya bəllidir. Əgər buna əməl edilərsə, Ermənistan müharibənin paytaxta doğru irəliləməsinin önünü alar. Yoxsa günbəgün artan döyüş gərginlikləri düşmənin hərbi-siyasi mövcudluğunu tamamilə sıradan çıxararaq, dövlət sisteminin altını üstünə çevirəcəkdir.

Ermənistanın yeganə çıxış yolu vaxt itirmədən ərazi bütövlüyümüzü tanımaq barədə rəsmi bəyanatla həm Azərbaycana, həm də beynəlxalq birliyə müraciətindədir.

Prezident İlham Əliyevin irəli sürdüyü bu ideya Ermənistanın xilası üçün ən diqqətəlayiq təşəbbüsdür və bundan sonra danışıqlar masası arxasında oturub problemin müzakirəsinə başlamaq mümkündür. Əks-təqdirdə Ordumuz geniş hücum əməliyyatlarını davam etdirərək, Ermənistanın hərbi-iqtisadi-sosial infrastukturlarına dağıdıcı zərbələr endirmək hüququnu özündə saxlayır.

Artıq nə Qərb, nə Rusiya Ermənistanın ağılsız iddiaları ilə bölüşmürlər. Putinin Minsk Qrupunda müəyyən(!!!) dəyişikliklər barədə mövqe nümayiş etdirməsi göstərir ki, quruma yeni ölkənin və Azərbaycanın maraqlarına uyğun yeni dövlətin cəlb edilməsi qısa müddətdə öz həllini tapacaqdır. Demək ki, Ermənistan yaxın müttəfiqləri ilə münasibətlərdə də etibar və inamı itirmək üzrədir.

Misal olaraq, Zatulin kimi ermənipərəst rusiyalı deputatın adını da bura əlavə edərdim. Onun “DQ”-la əlaqədar Azərbaycana qarşı sərt yanaşmalarına yumşaqlıq gətirməsi işğalçı dövlətin siyasətinin tənəzzülə uğradığının daha bir təkzibedilməz sübutdur.

Ermənilər özləri artıq baş nazirlərini yarıtmaz fəaliyyətinə görə ciddi surətdə ittiham edirlər. Ulturamillətçi baxışları ilə məşhurlaşan kino-rejissor Karen Şahnazarov belə, əvvəlki haqsız və qərəzli möqeyindən geri çəkilməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü rəsmi İrəvanın tanımasından başqa yolu qalmadığını Rusiyanın nüfuzlu televiziya kanallarından səsləndirən və erməni şovinizminin çiçəklənməsinə böyük töhfələr verən Şahnazarovun Nikolu istefaya çağırması Ermənistanda vəziyyətin təsəvvür etdiyimizdən də ağır durumda olduğuna diqqətimizi çəkir. Məsələ təkcə bununla bitərsə, Paşinyan olmayan papağını göyə atsın.

O, ölüm təhlükəsi ilə üz-üzə dayanıb. Daxili qarşıdurmalar, çəkişmə və klan davaları Paşinyanın faciəvi çöküşünü yaxınlaşdırır. Bir sözlə, ehtimal çox yüksəkdir. Havaya sovrulan ümidlərin yerini doldurmaq üçün yeni hərbi-siyasi ünvanlar axtarışına düşən erməni faşist bu gedişində də məyusedici nəticələrlə qarşılaşıb. Dünya Paşinyanın ağılsız hərəkətlərindən tam bezib, yaxın düşən yoxdur.

Bəs erməni mifi harada gizlənib, niyə meydana çıxmır?! İndiyədək onu danışdıran, arxasında dayanan yırtıcı vardı, o da yerini tülküyə verib geri durdu.

Erməni qədər qorxaq və xain millət bir də özüdür. Dostluq, səmimiyyət, humanitar yanaşma tərzi yaddır bu millətə!!!

Öz mövcudluğunu saxta, yalan və uydurma tarix üzərində salnaməyə çevirən erməni mifi Ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli müharibə taktikası nəticəsində darmadağın oldu.

Nikol güvəndiyi qüvvənin hesabına pişik kimi atılıb-düşərdi. İndi yalvarır. Ermənini dünyada ala itdən məşhur edən də məhz bu peşəkar hiyləgərliyi idi. Döyüş gedir, qırılır, ölür, şikəst olurlar, lakin yenə də yalan və uydurmalar üzərində qanadlanan erməni bicliklərindən əl çəkmirlər.

Yaxın bir neçə gündən sonra Ermənistan və Dağlıq Qarabağ ermənilərinin bir-birlərini didib parçalamaq səhnəsini müşahidə edə biləcəyik. O qədər xəbis millətdir ki, içindən çıxan və başqa regiona məxsus başqa birisinin ağalığını belə yaxına buraxmır. Klanlararası savaşın açıq müstəviyyəyə keçməsi labüd görünür.

İrəvan şəhəri, Baqramyan prospekti 47-də yerləşən keçmiş Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin divarlarını deşib yerə tökən klan davalarının daha güclü və amansız şəkil alacağına şübhəm yoxdur. Bu ünvanda oturanlar hakimiyyət dəyişikliyi uğrunda mübarizəni elə acgözlüklə aparırlar ki, sanki dünyanın axırı gəlib çatıb.

Bütün şovinist ideyalar və millətçi planlar bu binada hazırlanıb ictimai rəyin ixtiyarına verilirdi. Türkü görmək belə istəmirdilər. İşimlə əlaqədar Mərkəzi Komitənin büro iclasında olarkən, Karen Dəmirçiyanın od püskürən baxışları məni körpəsindən böyüyünə qədər erməniyə nifrət üzərində köklədi. Ürəyimdə o söyüş qalmadı ki, Dəmirçiyana deməyim… Başqa nə edə bilərdim ki!?

1983-cü ildə 26 yaşında cavan bir oğlan idim. “Sovet Ermənistanı” qezetinin partiya-sovet quruculuğu şöbəsinə təsdiqlənmək üçün Mərkəzi Komitəyə dəvət almışdım. Bu şöbə MK bürosunun nomenklaturasında olduğundan büronun təsdiqindən keçməliydim. Nəhayət, növbəm çatdı və məni büro iclası gedən otağa çağırdılar. İlk andaca Karen Dəmirçiyanın gözlərimin içinə baxdığını hiss etdim. Deyim ki, həyacan keçirmirdim, yalan olardı…

Saxta gülüşlə məndən ermənicə soruşdu:” Turki dığa, şad yerdasartes. Qarağos aşğades”. Tərcüməsi belədir:“Türkün oğlu, çox gəncsən, işləyə bilərsənmi?”

Büroda məni türk adlandırması daxilən içimdə böyük bir sevinc yaratdı. Cavab verdim:”İnqer Demirçiyan, qaroğem”. Yəni, yoldaş Dəmirçiyan, bacararam.

Barmağı ilə məni yanına çağırdı və sonra üzünü büro üzvlərinə tutdu: “Bunun millətçi olduğu barədə məlumatınız, yəqin, yoxdur. Amma neyləməli, təsdiq edək… Gəlməsəydi, daha yaxşı olardı. Baş redaktor Cahangir Əlieyvin qurduğu işdir”. Ardınca da ideoloji katib Qalstyana tərəf dönərək dedi: “Bir daha bu millətçi türkü tədbirdə görməyim. Çıx, get, burdan!”.

Bir daha bu binanın həndəvərinə buraxılmadım.

Əslən Leninakandan olan, lakin babaları Qukasyan rayonundan köçüb Ermənistanın ikinci şəhəri Leninakanda məskunlaşmışdılar. Qarabağlılara sonsuz nifrəti vardır. Ermənistan klanının başçısı yüksək vəzifələrə, demək olar ki, bir qarabağlını təyin etməzdi.

Klanlar arasında gedən müdhiş və kəskin döyüşlər Dəmirçiyanın dövründə daha barışmaz və daha açıq səviyyəyə yüksəlmişdi. Qarabağlılar onun oğlunun yaratdığı siyasi partiya ilə fəaliyyətini həzm edə bilmədilər.

Elə hazırda Paşinyana qarşı da keçmiş qarabağlı prezidentlər eyni məntiqlə mübarizə aparırlar. Çevriliş planı hazır görünür. İstənilən anda gündəmə daşınması mümkündür.

Qarabağlı klan Karen Dəmirçiyanı parlamentdə iclas gedə-gedə tribunada güllələyib meyidini yerə sərdi. Nəhayət, təşkilatçılar və bu dövləti cinayətin xəritəsini çəkən Qarabağ klanı prezidentlik müddəti bitmədən Ter-Petrosiyanın iştirakı ilə Gorusda keçirdikləri toplantıda onu istefaya məcbur etdilər.

Beləliklə, Rusiya prezidenti Yeltsinin müdaxiləsi ilə baş tutan hakimiyyət dəyişikliyi Qarabağ klanının xeyrinə reallaşdı.

Prezident Putinin çalışdığı da budur ki, Gorusdakı tarixi hadisə təkrarlansın və Robert Koçaryan Ermənistan prezidenti olaraq yenidən dövlətin başına gətirilsin.

Xocalı qətliamının təşkilatçısı və günahsız insanların öldürülməsində bilavasitə iştirak edən bu qatilə Putinin sevgisi haradandı, görəsən?