XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 12:24

Fəzail Ağamalı:"Biz bütün cəbhələrdə qalib gələcəyik"

“Əks-hücum əməliyyatlarından keçən bir ay ərzində Silahlı Qüvvələrimiz çox böyük uğurlar qazanıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, 4 rayonda, əhəmiyyətli yüksəkliklərdə, Hadrut, Suqovuşan kimi ciddi yaşayış məntəqələrində artıq Azərbaycan bayrağı dalğalanır: “Keçən bu müddət ərzində həm də bizim təkcə vandal ölkə ilə deyil, beynəlxalq güclərlə də vuruşduğumuz ortaya çıxdı. Beynəlxalq güclərin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana olan dəstəyi bu Vətən müharibəsində ortaya çıxdı. Əminəm ki, biz bütün cəbhələrdə qalib gələcəyik. Bu qələbə 200 ildir üzərimizə gələn vandal ermənilərin üzərində möhtəşəm qələbəmiz olacaq”/APA.