XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 13:39

Fazil Mustafa partiyanın qurultayını çağırdı –Tarix bəlli oldu

fazil-esas

 

Bu gün Millət vəkili Fazil Mustafanın sədrliyi ilə BQP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Strateq.az xəbər verir ki, iclasda partiyanın yerli rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarının gedişi, Təşkilat Komitəsinə daxil olan konfrans sənədlərinin nizamnamə və müvafiq təlimatlara uyğunluğu, qurultay nümayəndələri və qonaqlar üçün mandat və dəvətnamələrin hazırlanması və digər məsələlər müzakirə edilib.

İclas iştirakçıları tərəfindən qurultaya hazırlıq işlərinin gedişi və görülən tədbirlərin hazırkı vəziyyəti qənaətbəxş hesab edilib.

QHTK Böyük Quruluş Partiyasının V qurultayının şənbə günü, 04 iyun 2016-cı il tarixdə Bakı şəhərində çağrılması haqqında qərar qəbul edib.