XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 13:53

“Mən, əslər boyu itirdiyimiz torpaqların günahkarı kimi öz millətimizi görürəm” –Deputat Adil Əliyev

adil-1

 

“Əsrlər boyu itirdiyimiz torpaqların günahkarı kimi öz millətimizi görürəm”.

Bu fikirləri millət vəkili Adil Əliyev sosial şəbəkədəki hesabında bildirib. 

Deputatın fikrincə, tutduğu vəzifəsindən, maddi imkanından, mövqeyindən, yaşından asılı olmayaraq, heç bir maraq güdmədən, millətinə və xalqına xidmət etmək hər bir kəsin borcudur: “Əgər bizlər xalqımızın gələcəyi naminə görülən işlərə biganə yanaşsaq, əsrlər boyu başımıza gətirilən haqsızlığın, bundan sonra da təkrarlanmasının şahidi olacağıq. Mən, əslər boyu itirdiyimiz torpaqların günahkarı kimi, öz millətimizi görürəm. Çünki bizlər millətimizin qazandığı uğurlara nəinki sevinmirik, hətta qısqanırıq”.

Millət vəkili ötən gün Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanovun Hollandiyalı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olması xəbərinin ölkə mediasında yetərincə işıqlandırılmamasına görə KİV-ləri qınaq obyektinə çevirib: “Əgər ölkədə xoşagəlməz, bədbəxt hadisə baş versəydi, indi saysız-hesabsız, oxunan və oxunmayan saytlar, qəzetlər manşet vermişdilər. Ramal Aslanov mənim əqrabam deyil, o, sadəcə xalqımın balasıdı, gözəl idmançıdır. Ramal dünya kəmərini haqq edib, qazanıb. Onun uğuruna bütün Azərbaycan xalqı sevinməlidir. Nə üçün xalqımızın bütün təbəqəsi bu sevinci paylaşmamalıdır? Nə üçün bütün saytlar və qəzetlər bu sevincli xəbəri yaymırlar? Hələlik torpaqlarımızın 20% işğal altındadır. Ona görə də biz gənclərimizi milli ruhda böyütməliyik. Bəyəm bu cür münasibət, millətimizin balalarının, milli, vətənpərvər ruhda böyüməsinin qarşısının alınması deyilmi? Bu gün idman zallarına gələn yeniyetmə, sabahın əsgəri deyilmi?

İstəyirəm biləsiniz ki, bu işlərdə, yeni idmançılarımızın dünya arenasına çıxarılmasında, mən və rəhbərlik etdiyim federasiya heç bir maddi maraq güdmürük, məqsədimiz millətimizi təmsil edən idmançılarımızı, ən güclü arenalarda görməkdir. Saxta titullarla özümüz-özümüzü aldatmamalıyıq. Kimin gücü nəyə çatır, xalqımızın yolunda əsirgəməməlidir. Heç kim və heç nə bu dünyada əbədi deyil”. 

AzVision.az