XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2016 - 15:04

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir” –XİN bəyanat yaydı

xin foto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dünən Pakistanda törədilmiş teraktla bağlı bəyanat yayıb.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, açıqlamada martın 27-də Pakistanın Lahor şəhərində çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktı qəti şəkildə pislənib:

"Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır. Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”.

Xatırladaq ki, dünən Pakistanın Lahor şəhərində əyləncə parkında partlayış baş verib. Nəticədə 70 nəfər həlak olub, 300-dən çox adam yaralanıb. Hadisə zamanı 29 uşaq ölüb, 56-sı yaralanıb.