XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 10:36

Hazırkı mərhələdə Dağlıq Qarabağa dair danışıqların bərpası mümkündürmü? –FƏRQLİ EKSPERT RƏYLƏRİ

“Hərbi məntiq Azərbaycanın öz ərazi qazancını daha yaxşı birləşdirməsini və mövqeyindən daha böyük diplomatik güc kimi istifadə etməsini, əməliyyatlarda astagəllik tələb edir”.

Strateq.az “əl-Monitor”a istinadla xəbər verir ki, bunu müstəqil bir düşüncə qurumu olan İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan bildirib.

Onun sözlərinə görə, indi döyüşlərdə əsl fasilə və diplomatiyaya qayıtma ümidinin yaranmasının bir neçə səbəbi var.

Qiraqosyanın fikrincə, hərbi şəraitdən əlavə, Ankara Rusiya ilə münasibətlərinin daha böyük ölçüdə zərər görməməsi üçün rəsmi Bakıya gərginliyin azaldılması üçün təzyiq edir. Bundan əlavə, “Rusiyanın da arxa bağçasına müdaxilə etmiş Türkiyəyə qarşı səbri sona çatıb”.

Marşal Fondunun Türkiyə Proqramlarının direktoru Özgür Ünlühisarcıklı isə Rusiya ilə münasibətlərində Türkiyənin artıq Rubikonu keçdiyini və Azərbaycana hücumu dayandırmasını söyləmək üçün heç səbəbinin olmadığını bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın gələcək statusundan söz açarkən, ermənilərin barter edə bildikləri ərazilərin çoxu itirilib: “Ermənistanın təklif edəcəyi az şey var”.

Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev bildirib: “İki həftə əvvəl Rusiyanın tərəfləri bir araya gətirdiyi dövrlə müqayisədə, atəşkəsdən çox uzağıq”.

Politoloq vurğulayıb: “Ermənistan heç bir ərazini güzəştə getmədi və xarici müdaxilə yolu ilə varidatlarını qaytara biləcəyinə ümid bağladı”.

“Azərbaycan qüvvələri Şuşa və Laçına bu qədər yaxın olarkən, Əliyev üçün vəziyyəti gərginləşdirmək indi düz olmazdı. Şuşa Azərbaycanın nəzarətinə qaytarılmazsa, onun missiyası tamamlanmayacaq”. Bunu isə “Chatham House”-un Rusiya və Avrasiya proqramının əməkdaşı Lourens Broers deyib.

“Cəmiyyət bu hədəfi dəstəkləmək üçün səfərbər olub və bu qədər əhəmiyyətli, rəmzi hədəfə çatmaq-çatmamaq siyasi baxımdan həm çox qiymətlidir, həm də baha başa gələr”, – deyə Broers əlavə edib.