Prezidentə Ali Mükafat verildi – BAMF sədri təqdim etdi
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib.
Fonddan Strateq.az-a verilən məlumata görə, mükafat BAMF-in baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun prezidenti Umud Rəhimoğlu tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.
Fond tərəfindən Əli Həsənova isə BAMF-in “Fəxri diplomu” təqdim edilib. BAMF prezidenti prezidentin köməkçisinə vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib.