XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 23:24

“Erməni lobbisinin azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumlarını şiddətlə qınayırıq”- Hikmət Hacıyev

“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və “New York Times” jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi.