XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 22:52

Türkiyəli general:"Ermənistan bir neçə vacib nöqtəni itirəndən sonra kapitulyasiya edəcək"

Ermənistan bir neçə vacib nöqtəni itirəndən sonra kapitulyasiya edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin istefada olan briqada generalı Osman Qazi Kandemir deyib.

O bildirib ki, Ermənistan bunu rəsmi formada etməyə də bilər, amma digər yolla təslim olduğunu bildirəcək.

Ekspert vurğulayıb ki, Ermənistanı kənardan silahlandıran olmasaydı, onlar çoxdan öz gücünü itərəcəkdi.

General əlavə edib ki, Dağlıq Qarabağda Azərbaycan tərəfində Suriyadan olan muzdluların döyüşməsi iddiaları əsassızdır: “Azərbaycan ordusu ən son texnika ilə təchiz edilib. Suriyadan döyüşçüləri cəlb etmək onların nəyinə gərəkdir?!”.

O qeyd edib ki, indiki döyüş şəraitində muzdluları cəlb etmək məntiqə sığmır.