XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 14:09

Deputatın İranın Ali Dini rəhbəri barədə açıqlaması narazılıq yaratdı –MM bəyanat yaydı

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri ilə bağlı bəyanat yayıb.

Strateq.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.